525.Az

AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirildi


 

AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirildi<b style="color:red"></b>

Dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib.

AQTA-dan verilən məlumata görə, görüşdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının vacibliyi, eyni zamanda, ticarət şəbəkələrində çalışan şəxslərin tələb olunan zaman ərzində tibbi müayinədən keçməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Müvafiq sertifikat olmadan qida məhsullarının ticarət dövriyyəsinə qəbulunun qanunazidd olduğunu bildirən agentliyin sədr müavini Balarəhim Quliyev sahibkarları qeydiyyat prosesində aktiv iştirak etməyə dəvət edib. AQTA-nın qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və ticarət şəbəkələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.

CEYHUN

 





14.11.2018    çap et  çap et