525.Az

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası


 

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası <b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyətinin iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Rektor, akademik Abel Məhərrəmov ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, o cümlədən, BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı ətraflı məruzə edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova SABAH qruplarında tədrisin təşkili barədə məlumat veriblər. Şura üzvlərinin məruzələr ətrafında fikirləri dinlənildikdən sonra Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru İfrat Əliyeva, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov universitetin Fəxri Fərmanı, Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Sabir Mirzəyev Təhsil Nazirliyinin Fəxri Fərmanı, Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" medalı ilə təltif olunub, Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynovaya Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilməsi münasibətilə diplom təqdim edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

S.QARAYEVA

 





14.11.2018    çap et  çap et