525.Az

Azərbaycan Teatr Xadimləri İttifaqı yeni Əməkdaşlıq Memorandumu imzaladı


 

Azərbaycan Teatr Xadimləri İttifaqı yeni Əməkdaşlıq Memorandumu imzaladı <b style="color:red"></b>

Dünən Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbaycan və Gürcüstan respublikaları arasında qarşılıqlı mədəni əməkdaşlığa dair Memorandum imzalanması mərasimi keçirilib.

Mərasimdən əvvəl keçirilən mətbuat konfransında tərəflər Memorandumun imzalanması məqsədindən danışıb, media nümayəndələrini maraqlandıran suallara cavab veriblər. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov bir neçə gün öncə Akademik Milli Dram Teatrı ilə  Bolqarıstan Milli Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumunu xatırlayıb, bu cür əməkdaşlıqların ölkələrimizin mədəniyyət və incəsənətinin inkişafı, dünyada təbliği baxımından mühüm önə kəsb etdiyini deyib.

O deyib ki, imzalanan əməkdaşlıq memorandumu ölkələrimizin milli teatrları və teatr ittifaqları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyulub.

Memorandum eyni zamanda, klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin - direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s. səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insanresursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Mətbuat konfransında çıxış edən qonaqlar da Azərbaycan teatr ənənələri ilə tanış olduqlarını, bu əməkdaşlıq Memorandumunun gələcəkdə görüləcək əhəmiyyətli işlərin başlanğıcı olduğunu vurğulayıblar.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovla Gürcüstan Teatr Xadimləri İttifaqının sədri Georgi Gegeçkori, habelə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidovla Lado Mesxişvili adına Kutaisi Dövlət Professional-Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze qarşılıqlı əməkdaşlıq Memorandumu imzalayıblar.

Şahanə MÜŞFİQ

 





15.11.2018    çap et  çap et