525.Az

Büdcə ilə bağlı təkliflərə baxılması üçün hökumətə vaxt verildi


 

Büdcə ilə bağlı təkliflərə baxılması üçün hökumətə vaxt verildi<b style="color:red"></b>

Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.

Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.

O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.

 

 





15.11.2018    çap et  çap et