525.Az

"Rəssamın portreti" hərracda 90,3 milyon dollara satıldı


 

"Rəssamın portreti" hərracda 90,3 milyon dollara satıldı <b style="color:red"></b>

İngilis rəssam, qrafik və fotoqraf Devid Hokninin "Rəssamın portreti (iki fiqurla hovuz)" rəsmi "Christie's" hərrac evinin təşkil etdiyi hərracda 90,3 milyon dollara satılıb.

Trend-in məlumatına görə, bu barədə "Christie's" hərrac evinin "Twitter" səhifəsində deyilir.

Bu, hazırda həyatda olan rəssamın əsərləri üçün rekord qiymətdir.

Bundan əvvəlki rekord 2013-cü ildə "Christie's" hərrac evində satılan Ceff Kunsun "Hava şarlarından it" heykəltaraşlıq əsərinə məxsus olub. C.Kunsun əsəri 58,4 milyon dollara satılmışdı.

 





16.11.2018    çap et  çap et