525.Az

Milli Məclisin İntizam Komissiyasının üzvlərinin sayı artırıldı


 

Milli Məclisin İntizam Komissiyasının üzvlərinin sayı artırıldı<b style="color:red"></b>

"İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib".

Bunu dünən parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O, millət vəkillərinin iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub:

"Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni bu təklif məqbul sayılmayıb".

Kamil HƏMZƏOĞLU

 





16.11.2018    çap et  çap et