525.Az

Yersiz əndişələr - Rəsulzadənin cavabı Şirməmməd Hüseynovun təqdimatında


 

Yersiz əndişələr - <b style="color:red">Rəsulzadənin cavabı Şirməmməd Hüseynovun təqdimatında </b>

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək. 

(Əvvəli ötən cümə sayımızda)

YERSİZ ƏNDİŞƏLƏR

(Rəsulzadə Məhəmməd Əmin bəyin cavabı) 

Çalınan istiqlalımızı iadədə ən güvəndigimiz nəsil gənclikdir. İlk fürsəti gövşək bir tərzdə degil, dəmir bir əzim və çelikdən bir iradə ilə istifadə edə bilmək üçün bu nəsil, məfkurəçi və ixtilalçı bir zümrə halında yetişməlidir. Yetişdiginə şübhə etmədigimiz bu nəsli, istədigimiz kibi qüvvətli bulmaq üçün kəndisini keçmişdəki nöqsan və xətaları tədqiqlə bundan istiqbal naminə nəticə çıxarmaq və istiqbaldakı mühəqqəq müzəffəriyyəyə, sadə propağanda sözlərilə degil, fikri mümarisə (səriştə - hərəkət) və təhlillərlə iman etmək üsuluna alışdırmalıyız. Bu xüsusda hər növi mübaliğəyi iyi görəcəyimizdən “7-dən 70 yaşına qədər” bütün Azərbaycan xalqının əsarətdən qurtulmaq arzusunda olduğunu qəbul etməklə bərabər, içərimizdə “əcəba bir daha müvəffəq ola bilirmiyiz?” deyə tərəddüd edənlərin də yox olmadığını iddia edəcək qədər qafil olmayalım. Bu kibi şübhə və tərəddüdlərə xəyallarında yer verən zəvatın bilxassə gənclik içində bulunmamasını təmin etmək naminə nə yapsaq yeridir. Bizcə böylələrinə daha istiqlallarını əldə edəməmiş bulunan millətlərdə məfkurə zəifliginin rolu olduğunu gətirməklə bərabər, istiqlallarını almaq səadətində bulunan millətlərin dəxi bu dövrü keçirərək bir və hətta bir qaç təcrübədən sonra olsa da müzəffəriyyətə nail olduqlarını söyləməlidir.

İstanbuldakı gənc vətəndaşlarımızdan kəndiləri ilə bir müsahibədə bulunmaq təklifini alınca, Qafqasya cümhuriyyətləri ilə Baltik cümhuriyyətləri arasında bir müqayisəyi təşkil edən “İstiqlal Məfkurəsi və Gənclik” mövzusundakı konferansı verdik. Gənclərin müttəhidən vüqu bulan qərarlarına tabeən müfid görülən bu konferansın risalə (kitabça) təşkilində təbi (çapı) arzusunu dəxi məmnuniyyətlə qəbul etdik.

Risaləmizdə “durəndiş”lərinin (uzaq görənlərinin) istədiginə qalırsa, düşünmələri lazım gələn gənclərə “hər cəhətcə hazır ikən səadətli hadisatdan bil-istifadə elani-istiqlal eylədik, mənhus (nəhs) və məşum (uğursuz) hadisələrin təsirilə də təkrar təhdi əsarətə girdik” deməli, bütün məziyyət və qəbahətləri yalnız bizim xaricimizdə olan hadisata yüksəltməliymişiz. Əlimizə fürsət keçmiş ikən hərəkat və bəyanatımızda tərəddüd və quyidi etiraziyyəyi (etiraziyyə qaydalarını) ehtiva edən vaqeə və hadisələri zikr etməklə, sanki biz “istiqlal məfkurəsi Azərbaycanda doğmamış da onun üçün Azərbaycan istiqlalı yaşayamamış” demişizdir.

Risaləmizi “mütaliə” olmaqdan ziyadə “müğalitə” (həqiqətə əsaslanmayan mübahisə) kibi görən münəqqidimiz burada həqiqətən də müğalitəkar olduğunu bizzat göstərmişdir. “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının qaili (söyləyəni) “Azərbaycanda istiqlal fikri doğmamış” küfrünü heç bir zaman söyləməz, nitəkim qələt anlaşılan “iddia”mızı cərh üçün münəqqidimiz başqa yerdən degil, yenə bizim əsərlərimizdən iqtibaslarda bulunmuşdur. İstiqlal davamıza zərrə qədər təhlükə təşkil etmədiginə qail olduğumuz bir qənaətlə təkrar ediyoruz ki: “Azərbaycanda doğmuş istiqlal fikri yenidir və bir çox “bəlli başlı” degil, “yaşlı başlı” vətəndaşlarımızın istiqlalçılıqları Azərbaycan istiqlalından gəncdir. Əvət, Hərbi-Ümumi əsnasında atılan toplar azərbaycanlıların qəlbində “millətin haqqı müqəddəsdir” iddiası şəklində əks ediyordu. Əvət, 1905 sənəsindən sonra Azərbaycanda milli mətbuat və təşkilat təəssüs eyləmiş, hətta siyasi firqələr belə vücuda gəlmişdi. Fəqət Baltik sahillərində gördügümüz kibi, siyasi istiqlal şüarı daha ortaya atılmamışdı. Bunu səmimanə etiraf edərkən bizə “öylə isə, istiqlalə layiq degilsiniz” deniləməz. İstiqlal, zənn edildigi kibi, davayı şu və ya bu hüquqi formula uydurmaq bahasına verilsəydi istehsalı çox qolay bir şey olurdu. Biz hürriyyətimizi 1918-də zəif bir müqəddiməyi ehtiva edən İstiqlal Bəyannaməsi iraə (təqdim) etməklə degil, qanımızla yazılacaq İstiqlal müharibəsinin Bəyannamələri ilə istəyəcək, düşmənin taxtını başına devirdigimiz gün alacağız. Yoxsa, iş diplomasiyə qalırsa, şayani müahizə olan şey “əhdnamə”nin tənqidi degil, təhririndəki zəəfdir. Bizim “Misaqi-Milli” olaraq tələqqi etdigimiz şey “Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti”ni istəyən məvaddır (maddələrdir). Yoxsa “xarici və daxili müşkülatdan çıxmaq üçün” çarə arayan bir məntiq degildir. Gənc nəslə İstiqlalın bir vasitə degil, kəndi-kəndinə bir məqsəd, müqəddəs bir məqsəd olduğunu təlqin etməliyiz!

Əvət, heç qorxmadan etiraf etməliyiz ki, zamanın əleyhimizə işlədigi surət və ya daha doğrusu tariximizin göstərdigi bətaət (lənglik) üzündən Bəyannaməmizin surəti təhrirində bir ixtilalçı qətiyyəti degil, idarei məsləhətçi üslubu vardır. Başqa şeydən degil, yalnız bu üslub zəəfindən görülüyor ki, “nə yapalım müstəqil olmuşuz”. “Kinayə” olduğu sərih (aşkar) olan bu ifadənin mövzui-bəhs vəsiqənin üslubi-təhriranə aid olduğu siyaqi-kəlamdan (üslub tərzindən) məlum ikən münəqqidimizin “bu Bəyannamədən” kəlməsinin ümdən teyyi (dərindən şərhi) ilə bizə “istiqlali-Azərbaycan xalqına qəzadan gəlmə bir bəla şəklndə tələqqi etmək” zehniyyətini isnad etmək qədər haqsızlıq olmaz. Əgər bu zəifi-təhrir mətnini çox təqdir və çox təqdis etdigimiz vəsiqədə yer bulmasa idi, əleyhdarlarımızın dəxi əleyhimizdə söyləyəcəkləri azalardı. Gərçi onları bu kibi diplomasi və münaqişə təbiyyələri ilə degil, həqiqi bir mücadilə vəziyyətlərilə susduracağımızı bir daha təkrar ediyoruz.

Görüyoruz ki, Məhəmməd Əmin, milli tariximizin dönüm nöqtəsi təşkil edən tarixi bir vəsiqəyi “ehmal” etməmiş (əhəmiyyət verməmiş) və bundan “anlaşılmaz bir istiğna (kifayətlənmə)” ilə degil, çox anlaşılır bir əlaqə və diqqətlə bəhs eyləmiş, məsələyə bir diplomat kibi degil, bir ixtilalçı (inqilabçı) hiss və zehniyyətilə yanaşmışdır.

“Azərbaycan Cümhuriyyəti”ndə yazdığımızı yenə təkrar ediyoruz: “Azərbaycan dövri-istiqlalına bolşeviklər “Müsavat dövrü” deyirlər. O, şimdiki “rejimi” Azərbaycan deyə qəbul edəmiyor. Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl təşkilində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur”.

“Durəndiş”inin “muğalata”dan (elmsiz mübahisəçidən) ari və səmimi olsa idi eyni əsərimizdən bolşeviklərin istilasını mütəaqib məmləkətin hər tərəfində zühur edən milli üsyanlara aid zəngin parçaları nəql edər və görürdü ki, “eşqi-istiqlal ilə yüzlərcə, minlərcə təlafat verən” xalqı biz qətiyyən ehmal etməmişizdir. “Azərbaycan Cümhuriyyəti”ndə buna aid səhifələr bulmaq qabil olduğu kibi “İstiqlal Məfkurəsi və Gənclik” risaləsində dəxi, mövzu ilə mütənasib bir şəkildə, Azəri xalqının halı-hazırda istiqlal mücadiləsi yolunda göstərdigi fədakarlıqlar qətiyyən “ehmal” edilmə-mişdir. 28-ci səhifədə eyni ilə şu sətirlər yazılmışdır: “Şimdi xalqdakı Türklük ruhunu yüksəldən, ona məfkurə hərarəti verən, hürr vətən meyvəsini yetişdirəcək istiqlalçılıq fidanını kəndi məsum qanı ilə suvaran fədakar bir zümrə vücuda gəlmiş və gəliyor. Yeni bir nəsil doğmuş, böyüyür. İşdə bu çağda, əməlpərvər istiqlalçı gənc nəslin yetişdigi və böyüdügüdür ki, biz ona pək böyük məna veriyor, əsil qazanc olaraq, onu əhəmiyyətli buluyoruz”. Bolşevik müstövlilərinə (işğalçılarına) qarşı mücadilədə həyatlarını fəda edən şəhidlər bizim münəqqidcə “bu istiqlalçılıq fidanını kəndi məsum qanları ilə suvaran fədakarlar” ədadına (saylarına) girmiyorlarmı?..

Biz bir təcrübə keçirdik, bu mühəqqəq. “Bu böyük təcrübədəki ədəmi-müvəffəqiyyətimizin üfuqi və ənfusisinin bir çox əsbabı vardır”. Dırnaq arasındakı cümləyi risaləmizdən nəql ediyoruz. Deməli ki, hizmətimizi, göstərildigi kibi, yalnız bir səbəblə izah etmiyoruz. Digər mühüm səbəblərdən bər-təfsil bəhsi ayrı bir fürsətə təliq ediyoruz. Münəqqidimizin başdan-ayağa tutduğu münaqişə təbiyəsi, bizi bizimlə cərh (biyabır) etməkdir. Bunun üçün o, işbu risaləmizlə söyləmək istədigimiz fikrin əvvəlcə müntəşir əsərlərimizdə mövcud olmadığını bilxassə iləri sürüyor. Halbuki “Azərbaycan Cümhuriyyəti”nin xitab etdigi mühit və istihdaf (xidmət) etdigi məqsəd başqa olduğundan, bilxassə gənclərə xitabən və müəyyən bir məsələyə aid nəşr edilən risalənin möhtəvi olduğu bütün fikirləri orada aramaq nə qədər məntiqlidir, biləməyiz. Məəmafih 1925-də İstanbulda gənc Azərilərə açdığımız “sirrin” 1918-də Lahıc dağlarında fərari ikən dəxi zehnimizi işğal etdigini bilmək istərlərsə, təqdir etdikləri “Əsrimizin Siyavuşu” risaləsinin 75-ci səhifəsində “...Məəttəəssüf biz daha bərkiməyən etiqadımızla “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarına etdigimiz afərinləri unutduq. Canımız və malımız qorxusundan bu “Ləvayi İstiqlalı” qırmızı bir parçaya təbdil etdirdik.  İntriqan və zalım bir qüvvət tərəfindən susdurulduq, dilim varmıyor... təslim olduq” cümləsini oxusunlar.

Bu cümləyi təkrar oxurkən qəlbimizin nə acı bir hislə qanadığını bilsəniz!... Fəqət qəlbimiz qanasa da, keçmişimizdən gələcəyə müfid bir dərs almaq istərsək, xəstəligimizi gizlətmiyəlim. Çünki sihhət bulamayız. Gərək bu acıyı həpimiz duyalım. Bunu bilxassə gənclik duysun. Gərək bütün cahan da görsün ki, biz qüsurlarımızı can acısı ilə etiraf ediyor, islahına doğru iman qüvvətilə yürüyoruz.

İşbu mühakiməmizdən görülüyor ki, biz tarixdə vaqeə olaraq sezdigimiz həqiqətləri nə qədər acı da olsa, etiraftan, davayi millimiz naminə zərrə qədər bir ziyan degil, biləks faydalar təsəvvür ediyoruz. Və bu qüsurları təhlil edərkən “durəndişlər şöylə yapdılar, böylə yazdılar” deməklə iştirak etdigimiz vaqeyədən hissəmizə düşən məsuliyyəti üzərimizdən atmaq niyyətini əbədiyyən bəsləmiyoruz. Şübhəsiz ki, yalnız bir firqə lideri olmaq həsəbilə degil, az-çox fəal bir mövqedə bulunmuş bir Azəri sifətilə dəxi iştirak etdigimiz vaqeəyi və hadisələrin məsuliyyətini dərk edənlərdəniz. Bu məsuliyyət idrakiyədir ki, gələcək fürsətdə mucibi məsuliyyət olacaq xətalardan nəsli-atiyi (gələcək nəsli) təhriz etmək niyyətilə bu konferansı verdik. Konferansımızda yalnız gənclər degil, müstəqil Azərbaycan həyati-siyasiyyəsi ilə mübariz Azərbaycan cidalında iştirak etmiş digər vətəndaşlar da hazır idi. Onların da inzimam (əlavə) rəyi ilə təb və nəşri münasib görülən bir risalənin “Milli Azərbaycan Nəşriyyatı” silsiləsinə girməsi qədər təbii bir şey olamaz. Buna qarşı bəyan olunan qeydi-ehtirazıyi kəza pək yersiz buluyoruz.

Məəmafih “əsbabi həzimətimizə aid mütaliə”nin şu surətlə müahizə edilməsi (sorğu-suala tutulması) eyni zamanda bizi pək məmnun ediyor. Buna qətiyyən heyrət edilməsin. Bu hadisə mühitimizdə istiqlal fikri və əndişəsinin nə dərəcədə həssas bir əlaqə oyandırdığını göstərmək həsəbilə bilxassə şayani-təqdirdir. Görülüyor ki, istiqlalçılıq bizdə artıq bir təəssüb halına giriyor, o dərəcədə ki, tənqidi nəfs qabilindən zərərsiz mütaliə belə əsəbiyəti mucib oluyor. İstiqlal təbiyyəsini tənqidə mütəvəcceh (üz tutan) bir söz belə söyləmək istəmiyorlar. Bravo!

Rusiyadan firarimizi mütəaqib İstanbula gəlişimizdə Azərbaycan istiqlal və təşəkkülünü sadə tənqid degil, adəta təzyif edən (saxtalaşdıran) əsərlərin belə cavabsız buraxıldığını görməkdən mütəəssüf olmuşduq. Şimdi pək də “dürəndişanə” olmayan bu ətalət və ehmal dövrəsindən çıxıldığını görməklə müftəxir oluyoruz. Fəzlə bir təəssüb ibrazı ilə olsa da, görülən bu tərəqqidə nəşriyyatımızın bir az olsun təsiri olmuşsa kəndimizi məsud ədd edəriz.

“Yeni Qafqasiya”, 1 qanuni-əvvəl (1 dekabr) 1925, №5 

MÜASİR İRANIN HƏQİQİ ÇÖHRƏSİ 

Bu çöhrə, bəzilərincə tərif olunduğu kibi, pək də kərih (yaraşıqsız) degildir. Bir məmləkətin həqiqi çöhrəsi məhud (dostluq) metodla zatən kəşf ediləməz. “İç üz” deyə İrana ətf olunan məyub (nöqsanlı) sifətlərdən bir çoxu, maələsəf, bütün Şərq millətlərini gəmirən illətlərdəndir ki, ifşası, üzləri qızartdığı zaman, bizim də yanaqlarımıza az qırmızılıq verməz!...

Bir məmləkətin həqiqi üzünü tamamilə görə bilmək üçün bulunduğu halını yalnız statistik bir şəkildə degil, dinamik bir tərzdə dəxi tədqiq etməlidir, statistik bir təsniflə biz, cəmiyyətdə mövcud müxtəlif qüvvət və amillərin kəmiyyətini təsbit edəriz, dinamik bir təhlil isə, bizə, bu kəmiyyətlərin keyfiyyətlərini kəşf ilə hərəkətlərini və mütəqabil təsirlərini göstərir. Yalnız böylə bir təsnif və təhlil nəticəsindədir ki, biz, bir cəmiyyətin vəchi-istiqamətini kəşf edər və o vasitə ilə məzkur cəmiyyətin (təbiri digərlə millət və ya məmləkətin) hansı mərhəleyi-tarixiyyədə bulunduğunu həqqi ilə dərk edəriz.

Tarix dedigimiz zaman, bittəbii, miladi və ya hicri, şəmsi və ya qəməri sənələri qəsd etmiyoruz. Cəmiyyətlər, bünyei-ictimaiyyələri nöqteyi-nəzərindən müxtəlif dövrlərdə bulunurlar. Bu dövrlər bir cəmiyyətin tabe bulunduğu iqtisadi sistemlərə görə dəgişir. Bir məmləkət kəndinə hakim olan iqtisadi sistem nöqteyi-nəzərindən hansı bir dərəcəyi inkişafda isə, ictimaiyyat, əxlaqiyyat və mənəviyyatına aid “üzü də” onunla mütənasib olur. Şəhərləri, kiçik əsnaf bazarından ibarət olub müstəqil birər iqtisadi vahidi təşkil edən feodal məmləkətlərin üzü başqa, sənayei-cəsiməyə sahib olub istehsalatı artıq kəndi hüdudi-millisinə sığamayan kapitalist məmləkətlərin üzü də başqadır.

Millətlərin kəndilərinə məxsus mənlikləri, harsi xüsusiyyətləri vardır. Bu mənligin mühafizəsi naminədir ki, milliyyətpərvərligi təqdir və istiqlalı milli qayəsini təqdis edəriz. Fəqət hadisatı-ictimaiyyəyi, bilatədqiq aldığımız zaman biz, əksəriyyə yanılıyoruz. Müəyyən bir dövrü tarixdə hər hansı bir millət üçün ümumi və müştərək olan hadisələri milli bir rəngdə görüyoruz. Şərq ilə Qərb arasındakı müqayisəmizdə bu üsul yanlışlığına qapıldığımız kibi, Şərqdəki qonşularımız haqqında mühakimə yürüdürkən bu qəflətə bilxassə tutulmuş oluyoruz.

Müasir İranın üzünü görə bilmək üçün biz, Tehrandakı əmrazi (cinsi) zöhrəviyyə xəstələrinin ədədi, tiryək çəkənlərin miqdarı və yaxud kiçik yaşında “siğə olan” qızların faciələrinə fəzlə əhəmiyyət verir və bunları qonşumuza məxsus “milli bir sifət” deyə tələqqi edərsək, yanılır, həqiqəti görəməyiz. Həqiqi üzünü görə bilmək üçün İranın hansı dövrü tarixdə, nə kibi iqtisadi zümrələrə malik və bu zümrələrin hansı münasibəti mütəqabilədə olduqları ilə vəcheyi istiqamətlərinin nə kibi inkişaf və təkamül təmayülləri göstərdiklərini tədqiq etməliyiz.

Bu metodla İranın və yaxud hər hansı bir məmləkətin iç üzünü öyrənmək, təqdir etməlidir ki, pək çox tədqiqat və təhqiqata mütəvəqqif (əlaqədar)bir məsələdir. Kiçik bir qəzetə məqaləsində mövzunun ciddiyyətilə mütənasib vəqayi və həqayiq zikr etmək imkanı olmadığından ixtisar və icmal təriqini iltizam etmək zərurətində bulun-duğumuzu möhtərəm qarelərimizin nəzəri-müsəmməhlərinə (qiymət vermələrinə) ərz edəriz. İlk məqaləmizdə müasir İran haqqında mükəmməl bir fikir söyləyə bilmək üçün aşağıda yürütdügümüz mühakimələrin kafi gələcəgini ümid ilə iləridə İrana aid yazacağımız məqalələrdə qareləri əlaqədar edəcək məlumat verməgə dəxi çalışacağız.

lll

İran yaylasının nə qədər nüfus ehtiva eylədigi çox ixtilaflı bir məsələdir. İxtilaf 7 milyon ilə 15 milyon arasındadır. Biz bunu 8-9 milyon miqdarında təxmin edərsək, ehtimal ki, həqiqətə pək o qədər qarşı gəlməyiz. Bundan 3-4 milyonu köçəbədir. Mütəbaqi qismin əksəriyyəti əziməsini köylü təşkil edib digər qismi isə şəhərlərdə əsnaflıq və ticarətlə yaşarlar.

Almaniyanın 3 misli 42.470 fərsəng (ağac) vəsi (geniş) bir məsaha (ərazi) üzərinə yayılan bu nüfus hər yerdə eyni kəsafətdə (sıxlıqda) degildir. İran yaylasının qismi-mühümmi, bilxassə mərkəzi qismi geniş qum səhralarından, əkiinə yaramayan vadilərindən ibarətdir. Məmləkətin məskun qismi, əksəriyən dağ ətəkləri ilə sahillər və dərə-lərdir. İran şəhərləri yekdigərindən ya böyük dağlar və ya vəsi (geniş) səhralarla ayrılmışdır.

İran sənət və sənayeinin məhsulu deyə tanıdığımız əmtəə, başlıca birər vəhəb (hədiyyə) mərkəzini təşkil edən bu şəhərlərdən yetişdigi kibi, “İran mədəniyyəti” deyə bəllədigimiz şeylər də yalnız buralara münhəsirdir.

Şəhərlərin kəndi başına müstəqil birər əsnaf bazarından ibarət olması əfkari-ümumiyyənin bütün məmləkətə aid olmayıb hər şəhərin kəndi mühitinə məxsus pək bariz intibalar vücuda gətirdigi, yaxın zamana qədər müxtəlif vilayətlərin kəndilərinə məxsus eyzən məqadir (miqdarları) hətta sikkəyə belə malik olmaları feodalizmin şəhərlərə aid bir xüsusiyyətini təşkil eylədigi kibi, vilayətlərin hakimi-mütləqi olan xanların, kiçik bir hökmdar kibi hər növi səlahiyyət və iqtidara malik birər əmiri-mütləq halında olduqları dəxi bunu göstərməkdə idi.

Bir vilayət daxilində, rəyasət eylədigi əşirətin çıxardığı müsəlləh qüvvətə istinadən, dərəbəyligi edən xan, bulunduğu məmləkətin “kiçik bir şahı” idi. İran bu qəbildən mütəəddid “şahlıqlara” bölünmüşdü. Nitəkim mərkəzi məmləkətdə yaşayan şaha da “Şahən şah” deyilirdi.

Paytaxtın nüfuzu və şahın iqtidarı tam olduğu zamanlarda belə, onların bu böyük xana biəti İran vəhdətini üzvi degil, süni bir tərzdə təmin ediyordu.

Kapitalist Avropa ilə ilk təmas və münasibətə gəldigi zamanlarda İran xanlıqları iqtisadən cins mübadiləsi ilə məşrut ibtidai bir tərzi-istehsal dövründə idilər. Şimdi belə İran iqtisadiyyatında bu üsulun pək çox müəssir olduğunu qəbul etməliyiz. Bu üsulun icabca “xanlıq”larda İran milliyyətpərvərligindən ziyadə vilayət hiss və əxlaqları mövcud idi. Şah, kəndi nüfuzunu icra və məmləkətin vəhdətini təmin üçün xanlar və ellər (əşirətlər) arasındakı rəqabəti “hüsni-idarə” etmək siyasətini bilməli, böyük ərazi sahibi xanlarla əşirət rəislərinə, köylü ilə tüccar üzərindəki təhəkkümlərinə göz qapa-yaraq, istinad etmək hikmətini dərk etməliydi. Bu şərait daxilində köylü hər hankı bir hüquqi-bəşəriyyədən məhrum olduğu kibi, tüccar qismi də heç bir zaman kəndisini amanda görəmiyordu. O, sənələrlə yığdığı sərvətini, xanın “qəzəbinə” və ya tamahına uğrayıb bir anda qeyb etmək təhlükəsindən heç bir zaman əmin degildi.

İran qapıları Avropayı fabrika əmtəəsinə açıldıqdan və xariclə mübadilə çoxaldıqdan sonra, cins mübadiləsinə müstənid və məhəlli bazara çalışan əsnaf, şiddətli bir zərbə yemiş oldu. Avropanın təzyinat (bəzək şeyləri) əşyasına məclüb olan xanların israf və məsrafları daha ziyadə artdı. Bunun ağırlığı da bittəbii köylüyə yükləndi. İran, Türkiyə kibi degildi. Tüccarı başqa cinsdən degil kəndindən idi. Ermənisi, rumu yox kimi idi. Cənubda ingilislərin, şimalda rusların təşəbbüsü ilə olsa da yapılan şose yolları İran mübadilatına az-çox inkişaf veriyordu. Para tədavülü üzərinə inkişaf edən mübadilədə tüccar sinfi kəsbi-əhəmiyyət etməyə başlıyordu. Getdikcə iflas edən mülkdar feodal sinfi hesabına kəsbi-sərvət edən fəal bir burjua sinfi təşəkkül ediyordu. Bu sinif dəröhdə eylədigi mübadilə vəzifəsi ilə İran “yəhva”larının (“allah”larının) yekdigərinə ittisalarını (birləşməsini) təmin etmək istedadını göstərdigi kibi, feodalizmin icab etdigi hər növi məhəlli təhdidatın ilğası ilə qüdrətli bir hökumət təşkilinə və ehkamı hər tərəfdə söylənən cari olan qəvanın vəzinə tərəfdar oluyor. İran hərəkati tərəqqi-pərvanəsi vücuda gəliyordu.

İrandakı məşrutiyyət hərəkatı, pək maddi düşünürsək, İran tüccarının hərəkatı idi. İran hərəkatı məşrutiyyət-pərvəranəsi tədqiq olunursa, bu hərəkata ən fəal və zi-şüur bir rol oynayan sinif, mühüm mərkəzlərdəki tüccar olmuşdur. Müzəffərəddin Şahı qəvanini-əsasiyyə ətasına icbar edən qüvvət, Tehran bazarının qrevi (tətili) olmuşdur. İstibdada qarşı aylarla və bəlkə sənələrlə müqavimət edən Təbriz mücahidinin ön səflərini bazarlılar təşkil eyləmişlərdir. İxtilal məfkurəçiləri belə qismən İstanbul və Qafqasiyaya mühacirət edən tüccar arasından yetişmişdir. Nəsirəddin şahı qətl edən Mirzə Rıza bu sinifdən yetişdigi kibi Atabəyi öldürən fədai Abbas Ağa dəxi Təbrizli bir əsnaf idi. Məşrutiyyət hərəkatının gömrük tarifəsi üzərinə bilxassə infilaq etdigi, bu hərəkatın İran ticarət burjuaziyası ilə nə dərəcədə mərbut olduğunu göstərir. İran ixracatının zərərinə tərtib olunan gömrük tarifəsini Tehran bazarı qanlı nümayişlərlə protesto etmişdi.

Məmləkətdəki zində (həyati ruhlu) və tərəqqipərvər ənasiri (ünsürləri) içinə alan bu hərəkat sinifi olmaqla bərabər milli idi. Çünki vəchəyi-istiqaməti feodalizm iftiraqını (pərakəndəligini) ortadan qaldırmaq, əsri və vahid bir məmləkət vücuda gətirmək idi. O, ədalət istiyor, qanun istiyor, ordu istiyor, əmniyyət istiyor, istiqlal istiyordu. Fəqət bu məqsədin istehsalı üçün sənələrcə davam edən qanlı mücadilələr İrana məşruti bir hökumət şəkli vermək müvəffəqiyyətinə nail olduysa da, əcnəbi müdaxiləsi, bu mücadilələri nəticəyi məntiqiyyəsinə varmaqdan mən etdi. Feodallarla şəhər burjuası arasında davam edən bu cidal, demokrasinin təmini-hakimiyyəti ilə olmasa da, qüvvətli bir hökumət təsisi ilə nəticələnəcək, yeni bir dövlət vücuda gətirəcəkdi. Diqqət edilsin, dövlət vücuda gətirəcəkdi, diyoruz. Çünki, sözün əsri mənasilə, feodal İranda nə bir millət vardı, nə də dövlət...

Əvət, İran məşrutiyyət namını qazandıysa da, tamamilə təşəkkül etmiş əsri bir dövlət halına daha gələmədi.

Bu natamam halıyla İran Hərbi-Ümumiyi dərk eylədi. Hərb əsnasında felən müharib, rəsmən bitərəf bir vəziyyət içərisində qalan məmləkət, müharibənin xitamında, bir hökumət olaraq yalnız sözdə qalmışdı. İştə isə məmləkət tamamilə bir hərcü-mərc içində puyan (yeriyən) idi. Hər vilayət bir dərə bəyinin əlində və yaxud sərkeş (itaətsiz) bir komitənin təhdi-idarəsində bulunuyordu. Bir tərəfdən ingilis əskəri, digər tərəfdən də bolşevik çetələri məmləkəti çeynəməkdə idilər. Şu sırada, qazaqxanə nəfərligindən yetişmə Rıza Xan, Tehran üzərinə yürüməkdə olan bolşevik hücumunu dəfilə şöhrət qazanmış və nəticədə yekdigərini təvali edən İran kabinələrində, mövqei sarsılmaz hərbiyə naziri sifətilə 3-4 sənə mütəəssil çalışmış 30-40 min miqdarında müntəzəm əskəri bir qüvvət vücuda gətirməklə məmləkətin hər tərəfində zühur edən təcərrüd (ayrılma) davalarını və əskidən bəri mövcud olan feodaloizm sərkeşliklərini (itaətsizliklərini) birər-birər tənkil eyləmiş (uzaqlaşdırmış), məmləkətə bu vaxta qədər görmədigi bir əmniyyət və mərkəziyyət vermişdir.

Bir tərəfdən Avropa imperyalizminin daxili bir çox qayələrlə məşğul olması, digər tərəfdən də Rusiya Çarizminin çökməsi ilə Şimal müdaxiləsinin daha bir qaç sənə üçün bərtərəf İran olması qüvayi-ictimaiyyəsinə sərbəsti hərəkətini təmin eyləmişdir. Rıza Xanın başlıca İran qüvəyyi-əskəriyyəsini tənzim ilə işə başlaması, əldə edilən bu fürsətdən ciddi bir surətdə istifadəyə başladığını göstərir.

İranın şimdiki halda ərz eylədigi çöhrə, Hərbi-Ümumi əsnasında və sonunu mütəaqib günlərdə göstərdigi çöhrəyə qətiyyən bənzəməz. Hərbi-Ümumi zamanında məmləkət yabançı qüvvətlərin cövləncahı olub, fərdayi (ertəsi gün) müharibədə dəxi felən İngiltərənin himayəsinə girmiş, istiqlalını qeyb etmişdi. İngiltərənin bu fürsətçiliyinə qarşı bütün hiddət və ciddiyyətilə qarşı qoyan ünsür yenə tüccar sinfi olmuşdu. Bazar İngiltərədən qurtulmaq üçün hətda bolşeviklərə belə meyl etmişdi. Fəqət Şimali İrana girən Qızıl Ordu, Rəşt bazarına yapdığı müamiləsi ilə İran burjuazisini qorxutduqca qorxuddu. İki atəş arasında qalan İran üçün yeganə çareyi-nicat, tarixi fürsəti qaçırmayaraq, kəndi qüvvətilə meydana atılmaq, milli nicat və səadətini kəndi təmin eyləməkdi. Bu hərəkatın ələmdarı isə sövqi tarixlə, sərdar Rıza Xan oluyordu.

Göstərdigi fövqəladə yararlıqla sərdari-sipəh rütbəsini qazanan və sədr əzim məqamına yüksələrək, bütün iqtidarı kəndi əlində mərkəzləşdirən Rıza Xan, yeni İran burjuaziyasının can və dildən istədigi vəzifəyi ifa eyləmiş, feodallar əlində parçalanan İrana bir dövlət şəkli verdirmək əzmini göstərmişdir.

Şəkil etibarı ilə bir diqtator kibi görünsə də, Rıza Xanın icraatı tərəqqi və iləriyə doğru atılmış bir qədəmdir. Müxtəlif feodalların qal (mübahisə) və kamı (istəyi) bahasına təəssüs edən müqdədir bir hökumət, hər hansı bir şəkil alsa da, İran üçün bir faydadır. Qəribədir ki, mürtəce olduqları şübhə götürməyən bir çox zəvat, Rıza Xanın diktaturasına qarşı nifrət etdikləri məşrutiyyət və qəvanini-əsasiyyə tərəfdarlığı ilə müqabilə ediyorlar.

Fərzən kəndisinə əcir (muzdur) olaraq çalışan köylügü, əski ixtiyarat üzərinə, ağaca bağlatdıraraq ölüncəyə qədər döydürən vilayət mütəğəllibələrindən (hakimlərindən) bir xanın məzkur vilayətdəki karnizon komandanı tərəfindən tövqif və cəzalandırılmasını Tehran əyan və əşrafı “Va-məşrutiyyata!” yayqarası ilə qarşılıyorlar. Halbuki “dəvairi-əskəriyyənin ümuri-mülkiyyəyə qarışmasını” protesto surətində, şəklən, haqlı görünən bu nara (dərd, qəm) həddizatında heç də səmimi degildi. Çünki köylü ağaca bağlandığı zaman, xilafi-məşrutiyyət olduğu mühəqqəq olan bu hala qarşı, işbu zəvati-möhtərəm qətiyyən bir səs və səda çıxarmamışlardı.

İşbu məsrudatımızdan (izahımızdan) görüləcəgi vəchilə, İranın bu günlərdə ərz eylədigi çöhrə, az-çox bir fərqlə, bütün Şərq məmləkətlərini istila edən bir hərəkat çöhrəsidir. Bu hərəkatın həqiqi üzü isə iki kəlmə ilə tərsim oluna bilir:

Feodalizmdən kapitalizmə!...

Rəsulzadə Məhəmməd Əmin
“Yeni Qafqasiya”, dekabr 1924, №5

(Ardı var)

 





19.11.2018    çap et  çap et