525.Az

Keçmiş futbolçu Gürcüstanın baş nazirinin müavini vəzifəsinə gətirilir


 

Keçmiş futbolçu Gürcüstanın baş nazirinin müavini vəzifəsinə gətirilir<b style="color:red"></b>

Gürcüstanda parlament seçkilərinin qalibi olan “Gürcüstanın arzusu” koalisiyanın lideri, gələcək baş nazir Bidzina İvanişvili ötənlərin ünlü futbolçusu Kaxa Kaladzeyə ölkənin baş nazirinin müavini vəzifəsini təklif edib.

Qol.Az-ın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, bu haqda o, bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, “Gürcüstanın arzusu” koalisiyasından parlament seçkilərinə qatılan Kaladze qalib gəlib. O, bundan sonra millət vəkili kimi də fəaliyyət göstərəcək.

Məlumatda bildirilir ki, Kaladze baş nazirin müavini olmaqla yanaşı, Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə də təyin ediləcək.

Qeyd edək ki, Kaxa Kaladze buna qədər Gürcüstanda özəl banka rəhbərlik edib və parlament seçkisinədək müxalifətdə olan  “Gürcüstanın arzusu” koalisiyasına maddi və mənəvi dəstək verib.

 





08.10.2012    çap et  çap et