525.Az

"Bu dünya bir qəfəsdi..." - Fikrət Qocadan iki şeir


 

"Bu dünya bir qəfəsdi..." - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

Yolüstü mənzil

Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.

Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.

Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.

Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil...
Gələn, gedən nəfəsdi.
                                      23.11.2018
 
Şükür elə, mən varam...

(Azərbaycan xalq deyimlərindən)

Baxımsız kənd yoludu
Bir köhlənin belində
Ata ilə oğludu...
Soyuq, yağışlı gündə
Ata yumşaq yəhərdə,
Oğul atın tərkində...
Hava yağış, yer palçıq
Bir oğlanı gördülər
Əsə-əsə qaçırdı
Ayaqyalın, başaçıq.
Ata bir köks ötürdü...
Dedi: - Görürsən oğul
Bu dünya gör-götürdü.
Belədi dünya, insan,
Ay oğul, mən olmasam
Sən də o oğlan kimi
Həmin yerdə olardın.
- Ay ata, sən olmasan,
Mən yəhərdə olardım!

25.11.2018

 





27.11.2018    çap et  çap et