525.Az

NASA yeni ekzoplanet kəşf edib


 

NASA yeni ekzoplanet kəşf edib<b style="color:red"></b>

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları Tranzit Ekzoplaneti Müşahidə Teleskopunun (TESS) yardımı ilə "Qızmar Yupiter" ekzoplanetini kəşf ediblər.

Trend-in məlumatına görə, yeni tapılmış planet Yer kürəsindən 646 işıq ili uzaqlıqdadır və Yupiterdən təxminən 1,44 dəfə daha böyükdür. Məlumata görə, o, F-tipli HD 2685 ulduzu ətrafında fırlanır.

Qeyd edilir ki, sözügedən planetdəki temperatur 1800 dərəcədir.

 





01.12.2018    çap et  çap et