525.Az

Ramzan Kadırov Zabit Səmədovu növbəti qələbəsi münasibətilə təbrik etdi - Video


 

Ramzan Kadırov Zabit Səmədovu növbəti qələbəsi münasibətilə təbrik etdi - <b style="color:red">Video</b>

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu Belarusun paytaxtı Minskdəki beynəlxalq döyüş gecəsində qalib gəlməsi münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, bununla bağlı sosial şəbəkədə fikirlərini bölüşən r.Kadırov Z.Səmədov və Axmat" klubunun digər üzvlərinin gözəl və inamlı qələbələr qazandıqlarını bildirib.

O, qələbələrə sevindiyini vurğulayaraq, azarkeşlərin də məmnun olduqlarına əminlik ifadə edib:

"Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, bütün qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Hamınıza uğurlarınızın davamını arzulayıram".

Qeyd edək ki, Zabit Səmədov Minskdə "Axmat" klubunun təşkil etdiyi döyüş gecəsində rusiyalı Yevgeni Orlova üçüncü raundda nokautla qalib gəlib.

 





03.12.2018    çap et  çap et