525.Az

Azərbaycan-Özbəkistan dostluğu “Kolorit” sərgisində


 

Azərbaycan-Özbəkistan dostluğu “Kolorit” sərgisində<b style="color:red"></b>

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Rəssamlıq Akademiyası və paytaxtdakı Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Kolorit” adlı sərgi keçirib.

Sərgidə universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak edib.

AMM-nin direktor müavini Polad Zeynalov Azərbaycanla ilə Özbəkistan arasında tarixi dostluq əlaqələri barədə məlumat verib, belə sərgilərin tez-tez keçirilməsi zəruriliyindən danışıb.

O bildirib ki, sərgidə Özbəkistanın Xalq Rəssamı, professor Cavlon Umarbekovun emalatxanasında təhsil alan tələbələr Xumoyun Nurboboyev, Xudoyar Atamurodov, soydaşımız Məhəmməd Əhmədov, Niqina Mirzajanova, Abduraşid Raximberdiev, həmçinin, institutun müəllimi Umida Xamraeva və Yaponiyadan olan müəllim Reyko Konaqavanın əl işləri nümayiş etdirilir.

Cavlon Umarbekov deyib: “Sərgidə istedadlı tələbələrimin müxtəlif mövzularda çəkdikləri tabloların yer alması məni sevindirir. Tələbələrin əl işləri arasında Azərbaycana həsr edilmiş mövzusu da var”. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, müəllim Azad Yusupov və başqaları tələbələrin ən müxtəlif mövzulara müraciət etdiklərini bildirib, onlara uğurlar arzulayıblar.

Sonra tələbələrə diplomlar təqdim edilib.

 





09.12.2018    çap et  çap et