525.Az

Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır


 

Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılır.

Belə ki, Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında komitə sədri Ziyad Səmədzadə tərəfindən bildirilib ki, “Avtomobil yolları haqqında” qanuna təklif edilən dəyişikliyə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Yəni adıçəkilən qanunun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





09.12.2018    çap et  çap et