525.Az

Zahid Oruc: “Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir”


 

Zahid Oruc: “Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir”<b style="color:red"></b>

Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yeniləndirilməsinin, dəyişdirilməsinin tərəfdadır.

Bununla bağlı təklifini parlamentin dünənki plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:

“Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə də yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır. Yəni onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar.

Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin, yeni tikilən binalarda idman zalları açılır. Kimlərsə əzələ yığacaq deyə, orada, yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq...”

Kamil HƏMZƏOĞLU

 





09.12.2018    çap et  çap et