525.Az

MSK sədri: "Ermənilərin çoxu ümumdövlət seçkilərə məhəl qoymadı"


 

MSK sədri: "Ermənilərin çoxu ümumdövlət seçkilərə məhəl qoymadı"<b style="color:red"></b>

Ermənistanda keçirilən parlament seçkilərinin sonuna - 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.

Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Mərkəzi Seçki Komisiyasının sədri Tiqran Mukuçan deyib.

Mukuçan deyib ki, ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyəti ümumdövlət seçkilərinə məhəl qoymayıb: "Səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfər seçkidə iştirak edib".

 





10.12.2018    çap et  çap et