525.Az

Azər Əmiraslanov: "Kənd təsərrüfatının inkişafı üçün böyük iş aparılır"


 

Azər Əmiraslanov: "Kənd təsərrüfatının inkişafı üçün böyük iş aparılır"<b style="color:red"></b>

Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün genişmiqyaslı iş aparılır, amma hələ də çox iş görmək lazımdır.

Trend-in məlumatına görə, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azər Əmiraslanov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkədə kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi ilə layihələr reallaşdırılır:

“Biz kəndlərdə innovativ texnologiyalar tətbiq etməliyik. Dayanıqlı inkişafın əsas şərtlərindən biri alternativ və bərpa olunan enerji mənbələrinin və bioenerjinin inkişafıdır. Bütün bunlarla yanaşı, əsas məqsəd ətraf mühitin və ekosistemin müdafiəsidir. Aqrar sektor ölkənin inkişafında ən vacib istiqamətlərdən biridir, çünki bu sahə iqtisadiyyatın şaxələndirilməsində, əhalinin ərzaq məhsulları ilə təmin olunmasında xüsusi rol oynayır”.

A.Əmiraslanov vurğulayıb ki, bütün bu nüansları nəzərə alaraq Prezident İlham Əliyev aqrar sektorun inkişafına diqqət ayırır.

 





10.12.2018    çap et  çap et