525.Az

Paşinyan qohumlarını parlamentə gətirir


 

Paşinyan qohumlarını parlamentə gətirir<b style="color:red"></b>

Ermənistanda keçirilmiş parlament seçkiləri nəticəsində Nikol Paşinyanın qohumları deputat mandatı əldə ediblər.

Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, N.Paşinyanın qardaşı oğlu Sipan Paşinyan və qaynı Qraç Akopyan da parlamentdə təmsil olunacaq.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçirilib.

Seçkilərin nəticələrinə, ölkənin baş nazir vəzifələrini icra edən N.Paşinyanın “Mənim addımım” bloku 70,44 faiz səs toplayıb.

 





11.12.2018    çap et  çap et