525.Az

Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyası "Məzunlar şəbəkəsi" adlı tədbir keçirdi


 

Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyası "Məzunlar şəbəkəsi" adlı tədbir keçirdi<b style="color:red"></b>

Dekabrın 9-da Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə "Məzunlar şəbəkəsi" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən assosiasiyanın rəhbəri Turan Süleymanov təşkilatın ötən dövrdəki fəaliyyətindən, gələcək planlardan danışıb. Bildirib ki, əsas məqsəd Skandinaviya ölkələrində təhsil alanların və məzunların Azərbaycanın inkişafına töhfə verməsi, cəmiyyətin tərəqqisinə yönələn müxtəlif fəaliyyətlərin dəstəklənməsində onların potensialından səmərəli istifadə olunması, eləcə də Azərbaycan ilə Skandinaviya ölkələri arasında çoxtərəfli əlaqələrin genişəndirilməsində daha yaxından iştirakının təmin edilməsidir: "Təşkilat Azərbaycan ilə Skandinaviya ölkələri arasında ictimai mədəni əlaqələrin inkişafına böyük önəm verir. Bu məqsədə çatmaq üçün məzunlar arasında əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev ölkəmizdə gənclərə göstərilən qayğıdan və dövlətin gənclər siyasətindən bəhs edərək təşkilata uğurlar arzulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Səlhət Abbasova bu sahədə fəaliyyətdən bəhs edərək Azərbaycanın dünyada təbliği istiqamətində xarici ölkələrdə təhsilini başa vuran məzunların gördükləri işlərdən söhbət açıb.

İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Kristian Kamill, Norveç səfirliyinin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav-Nils Thue Azərbaycan və Skandinaviya ölkələri arasında mədəni ictimai əlaqələrdən bəhs edib, Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə uğurlar arzulayıblar.

Cavid QƏDİR

 





11.12.2018    çap et  çap et