525.Az

Kürdəmirdə xoreoqraf və şagirdlər üçün ustad dərsləri


 

Kürdəmirdə xoreoqraf və şagirdlər üçün ustad dərsləri <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqraflar və şagirdlər üçün ustad dərsləri keçirilib.

Ustad dərslərini BXA-nın müəllimləri, Əməkdar artist Tamella Əliyeva və Prezident təqaüdçüsü Zəminə Quliyeva keçiblər. 

Əvvəlcə Regional İdarənin Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir rayonundan olan aidiyyəti işçilərlə müəllimlərin işgüzar görüş keçirilib.

Daha sonra akademiyanın peşəkar müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə dərslər keçirilib.

Böyük maraqla qarşılanan ustad dərsləri interaktiv şəkildə təşkil olunduğu üçün iştirakçıların bütün sualları cavablandırılmış, yerlərdə tədris prosesinə cəlb olunan müəllimlərə əməli və metodiki tövsiyələr verilmişdir.

2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin, habelə xoreoqrafiya sənətinin təbliğ edilməsi məqsədilə şəhər və bölgələrdə ustad dərsləri təşkil edilir.

 





11.12.2018    çap et  çap et