525.Az

Türkiyədə Heydər Əliyevin anımı ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək


 

Türkiyədə Heydər Əliyevin anımı ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək<b style="color:red"></b>

Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar simfonik orkestrin konserti təşkil ediləcək.

Trend-in məlumatına görə, konsert dekabrın 12-də İstanbulda “Cemal Reşit Rey” konsert salonunda “Bir millət, iki dövlət” adı altında keçiriləcək.

Konsertdə Azərbaycan və Türkiyə xalq mahnıları ilə yanaşı, Üzeyir Hacıbəylinin “Koroğlu”, “Arşın mal alan” əsərlərindən hissələr səsləndiriləcək.

 





11.12.2018    çap et  çap et