525.Az

Ərdoğanın mətbuat katibi: "Barbarlar güzgüyə baxıb Ərdoğana diktator deyirlər"


 

İBRAHİM KALIN YENİ KİTABINDA TÜRKİYƏ PREZİDENTİNİN QLOBAL MÜSTƏVİDƏ GEDƏN MƏNFİ PROSESLƏRİN ARXASINDA DURANLARI İFŞA EDƏN DÜNYƏVİ LİDER KİMİ FƏALİYYƏTİNİ TƏHLİL EDİB

Ərdoğanın mətbuat katibi: "Barbarlar güzgüyə baxıb Ərdoğana diktator deyirlər"<b style="color:red"></b>

Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalının "Barbar, Modern, Mədəni" adlı yeni kitabı işıq üzü görüb.

O, bu kitabında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın qlobal müstəvidə gedən mənfi proseslərin arxasında durnaları  ifşa edən, vandalizm siyasəti həyata keçirənlərin əsl iç üzünü açan dünyəvi lider kimi fəaliyyətini təhlil edib.

İ.Kalın kitabında qeyd edib ki, Türkiyə dövlət başçısının yürütdüyü humanist siyasətə kölgə salmaq üçün "Barbarlar güzgüyə baxıb Ərdoğana diktator deyirlər".

Türkiyə prezidentin mətbuat katibi yeni kitabı ilə bağlı "Yeni Akit" qəzetinin suallarını cavablandırıb.
 

- Bu, neçənci kitabınızdır? Kitablarınızı oxumağa yeni başlayanlar üçün ilk hansından başlamağı tövsiyə edirsiniz?

- Bugünə qədər türk və ingilis dillərində 7 kitabım çap olunub. Növbəti kitabımı türk dilində qələmə aldım və oxuyucularımız bu kitabdan başlaya bilərlər. Çünki müasir dünyanın mədəniyyəti mövzusunda işlədiyim bu kitabda tarix, mədəni müxtəliflik, adət-ənənələr, müasirlik, İslam dünyası, Türk modernləşməsi, Türkiyənin bugünkü mübarizəsi, həmrəylik və müstəqillik məsələləri öz əksini tapıb. Mədəniyyət, əslində, bu qavramların hər birində var. Ona görə də, oxuculara "Barbar, Modern, Mədəni" kitabından başlamağı tövsiyə edirəm. İslam-Qərb münasibətlərinin tarixini araşdırmaq istəyənlərə isə ilk tövsiyə edə biləcəyim kitabım "Mən, Sonrakı və Sonrası"dır ("Ben, Öteki ve Ötesi").

- Yeni kitabınız fərqli mədəniyyətlər axtarışına çıxanlar üçün hazırlıq, yoxsa sivilizasiyalararası münasibətlərin xülasəsidir?

- Kitabda bu məsələləri əsaslı şəkildə ələ aldıqdan sonra, əslində, hələ səfərin əvvəlində olduğumuzu ifadə etdim. Çünki dəyərlərimizə, tariximizə, adət-ənənələrimizə uyğun mədəniyyətin qurulması bir cəhdlə mümkün deyil. Bu, bir dövr, uzun səfərdir.

- 2018-ci ilin Türkiyəsi "barbar, modern, mədəni"dən hansı məsafədədir?

- Hazırkı dövrümüzdə vandalizmlə müasirliyi eyni vaxtda yaşayırıq. "Müsairlik" adı altında bir çox mənfi proseslərin baş verdiyini müşahidə edirik. İkinci Dünya müharibəsi, Bosniya soyqırımı, kütləvi qırğın silahları, kapitalizmin sərhəd tanımayan mənfəət hərisliyi -  bütün bunları yanaşı qoyanda ortada vandalizmin olduğu açıq-aşkar görünür. Bu hadisələrin mavi ekranlarda baş verməsi prosesin vandalizm mahiyyətini ortadan qaldırmır. Dolayısıyla barbarlığın, qeyri-insanı siyasətin necə tətbiq olunduğunu yaxşı təhlil etmək lazımdır. Bu mənada, dünyaya ayna tutan ölkə Türkiyədir. Prezident Rəcəb Təyyib Ərdoğan bütün bu barbarlıqlara güzgü tutan liderdir. Barbarlar güzgüdə gördükləri surətlərindən məmnun olmadıqları üçün özlərini dəyişdirmək, bu niyyətlərindən geri çəkilmək əvəzinə aynanı tutan - onları səhv yoldan daşındırmaq istəyən şəxsi daşlamağı üstün tutur, Rəcəb Təyyib Ərdoğana diktator, oyunpozan, kinli damğası vurmağa çalışırlar.

- Oxucularımız üçün əlavə etmək istədiyiniz nəsə varmı?

- Kitabda mədəniyyət mövzusunu tarixi dövrün içində vermişik. Eyni zamanda, mahiyyət etibarilə mədəniyyətin varlıq, bilik, əxlaq, estetika ilə əlaqələrini qurmağa çalışdıq. Bu fikri dərinliyə günümüzdə olmadığından daha çox ehtiyacmız var. Mədəniyyət deyəndə ağlımıza sadəcə tarixi-mədəni məkanlar gəlməməlidir. Mədəniyyət gündəlik həyatdır, insanın mövcudluğa qarşı tutumunu şəkilləndirən əxlaqı və rasional davranışlar toplusudur. Bunu dərinləşdirmək ən önəmli vəzifəmizdir. Çünki mədənilik qayğısı güdən bir dünyadan ziyadə, mənfəət hərisliyinin, inhisarçılığın, hökmranlıq etmə duyğusunun önə çıxdığı dünyada yaşayırıq. Həm Türkiyə, həm də İslam dünyası olaraq, bu mədəniyyət perspektivini sadəcə özümüz üçün yox, bütün dünya üçün başlıca meyara çevirmək məcburiyyətindəyik.

Ceyhun ABASOV

 





12.12.2018    çap et  çap et