525.Az

Kiselyov: "Rusiya-Azərbaycan münasibətləri Xəzərdə sabitliyin əsas faktorudur"


 

"HEYDƏR ƏLİYEVİN İDEYASI İLƏ RUSİYA-AZƏRBAYCAN-İRAN ÜÇBUCAĞI YARADILIB Kİ, BU DA KİFAYƏT QƏDƏR BALANSLAŞDIRILMIŞ MÜNASİBƏTLƏRİN UĞURLU GƏLƏCƏYİNƏ ZƏMİN YARADIB"

Kiselyov: "Rusiya-Azərbaycan münasibətləri Xəzərdə sabitliyin əsas faktorudur"<b style="color:red"></b>

"Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda yox, daha geniş regionda sülh amilidir".

Bu sözləri Rusiyanın "Vestnik Kavkaza" xəbər portalına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini, məşhur teleaparıcı Dmitri Kiselyov deyib.
 
O bildirib ki, Azərbaycan Rusiya və İranla həm ikitərəfli və həm də üçtərəfli formatda həyata keçirilən layihələrdə uğurlu tərəfdaş kimi çıxış edir.

D.Kiselyov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı səmərəli və konstruktiv strateji münasibətlərin qurulmasına Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev vacib töhfə verib: "Mənə elə gəlir ki, o, qarşılıqlı münasbətlərimiz üçün sağlam təməl qoyub. Heydər Əliyevin ideyası ilə Rusiya-Azərbaycan-İran üçbucağı yaradılıb ki, bu da kifayət qədər balanslaşdırılmış münasibətlərin uğurlu gələcəyinə zəmin yaradıb. Bunun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzərdə sabitliyin əsas faktoruna çevrilib".

D.Kiselyov əlavə edib ki, hazırda Prezident İlham Əliyev atasının siyasi xəttini uğurla davam etdirir: "Azərbaycan kifayət qədər sürətli templə inkişaf edir, özünü beynəlxalq arenada inamlı hiss edir, ölkə daxilində isə balanslaşdırılmış münasibətlərə əsaslanan sabitlik hökm sürür. Hesab edirəm ki, bu, düzgün qurulmuş siyasi xəttin sayəsində mümkün olub".

Qafqaz regionunda dövlətlərarası münasibətlərə toxunan rusiyalı teleaparıcı bölgədə sülh və sabitliyin qorunmasının vacibliyinə diqqət çəkib: "Hesab edirəm ki, Qafqazın taleyi öz əlində olmalıdır. Kənar qüvvələrin təsirlərinə ehtiyac yoxdur".

Ceyhun ABASOV

 





12.12.2018    çap et  çap et