525.Az

Fransa hakimiyyəti Strasburqdakı atışmanı terror aktı kimi dəyərləndirir


 

Fransa hakimiyyəti Strasburqdakı atışmanı terror aktı kimi dəyərləndirir<b style="color:red"></b>

Fransa hakimiyyəti Strasburq şəhərində baş verən atışmanı terror aktı kimi dəyərləndirir.

Trend-in məlumatına görə, Parisin anti-terror bölməsi Strasburqun mərkəzindəki atışma faktı üzrə araşdırmaya başlayıb.

Bundan əlavə, insanlara atəş açan şəxs terrorçuluqda şübhəli bilinənlər siyasına daxil edilib.

Bildirilir ki, hücum edən şəxslə bağlı məlumatlar daxili təhlükəsizlik üzrə baş idarənin kartotekasındadır.

Atəş edən şəxs 29 yaşlı Strasburq sakinidir. Polis əməkdaşları cinayətkarın axtarışlarını davam etdirir.

 





12.12.2018    çap et  çap et