525.Az

Bu gün Strasburqda matəm elan ediləcək


 

Bu gün Strasburqda matəm elan ediləcək<b style="color:red"></b>

Bu gün Fransanın Strasburq şəhərində matəm elan ediləcək.

Trend-in məlumatına görə, bu barədə Strasburqun meri Rolan Ris bildirib.

R.Ris deyib: "Sabah şəhərdə matəm olacaq. Biz milad yarmarkalarını bağlayacağıq, teatrlar və konsertləri təxirə salacağıq".

Xatırladaq ki, ötən gün Fransanın Strasburq şəhərində silahlı şəxs insanlara atəş açmağa başlayıb. İnsident nəticəsində 4 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Fransa hakimiyyəti baş verən atışmanı terror aktı kimi dəyətləndirir.

 





12.12.2018    çap et  çap et