525.Az

"Facebook"un ABŞ-dakı binası təxliyə edildi


 

"Facebook"un ABŞ-dakı binası təxliyə edildi <b style="color:red"></b>

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan biri təxliyə edilib.

Trend-in məlumatına görə, binanın təxliyə edilməsinə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Hazırda hadisə yerində polis və partlayıcı qurğuların tapılması və zərərsizləşdirilməsi üzrə bölmə əməkdaşları işləyir.

 





12.12.2018    çap et  çap et