525.Az

Elçin İbrahimov Tatarıstan türkoloqları qarşısında məruz ilə çıxış etdi


 

Elçin İbrahimov Tatarıstan türkoloqları qarşısında məruz ilə çıxış etdi<b style="color:red"></b>

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Elmlər Akademiyası Dil-Ədəbiyyat İnstitutunda "Türkologiya"jurnalı vəAzərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

E.İbrahimov çıxışında “Türkologiya” jurnalının tarixindən söz açaraq jurnalın hazırkı fəaliyyəti, indiki və gələcək fəaliyyətistiqamətləri, beynəlxalq aləmdə tanıdılması yönündə görülən işlər, həmçinin jurnalda əhatə edilən mövzular barədə geniş məlumat verib. Məruzəçi onu da qeyd edib ki, akademik Kamal Abdullanın jurnala baş redaktor təyin edilməsindən sonra atılan addımlar, görülən işlər artıq öz bəhrəsini verib. Bu gün jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur. E.İbrahimov çıxışının davamında jurnalın artıq MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salındığını da xüsusi vurğulayıb.

Daha sonra E.İbrahimov Azərbaycanda aparılan türkoloji tədqiqatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutu və İnstitutun Türk dilləri şöbəsi türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirməklə yanaşı, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir. Şöbətürkologiyanın aktual problemlərinin tədqiq edilməsi və türk dillərinin müqayisəli  araşdırılması istiqamətində səmərəli addımlar atmaqdadır.

Tədbirdə çıxış edən Türk dünyasının tanınmışalimlərindən akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib və jurnalın hər sayının nəşrini maraqla gözlədiyini qeyd edərək bildirib: "Akademik Kamal Abdullanın jurnalın baş redaktoru təyin edilməsi jurnalın dünya standartları səviyyəsində çap olunmasına öz töhfəsini verməkdədir. Əminəm ki, gələcək soraqlı gənc həmkarımız, 2011-ci ildə İstanbulda konfransda tanıdığım E.İbrahimovun jurnala məsul katib, 2018-ci ildə isə Türk dilləri şöbəsinə müdir təyin olunması Azərbaycanda türkoloji araşdırmaların daha da canlanmasında vacib rol oyanayacaq."

Tədbirdə iştirak edən Akademiyanın gənc alimləri və elmi işçiləri E.İbrahimova "Türkologiya" jurnalı və Azərbaycanda aparılan elmi araşdırmalarla bağlı suallar ünvanlayıblar.

E.İbrahimov akademik Mirfatih Zəkiyevə və tədbir iştirakçılarına akademik Kamal Abdullanın kitablarını və "Türkologiya" jurnalının saylarını hədiyyə edib.



 





12.12.2018    çap et  çap et