525.Az

Ukrayna mətbuatında Heydər Əliyevlə bağlı məqalə


 

"XALQ ÇƏTİN DÖVRÜNDƏ ONU XİLAS ETMƏYƏ GƏLƏN LİDERİNİ, QƏHRƏMANINI UNUTMUR"

Ukrayna mətbuatında Heydər Əliyevlə bağlı məqalə <b style="color:red"></b>

"Tarixdə elə şəxsiyyətlər var ki, həyat və fəaliyyəti xalqın taleyini müəyyənləşdirir. Belə şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Onun həyat yolu Azərbaycanın inkişaf yolu idi".

Bu sözləri Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Cəmil oğlu Quliyev Ukraynanın "Versii.com" saytında dərc olunan məqaləsində qeyd edib. O bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədiyaşardır: "Heydər Əliyev böyük insan, tarixi şəxsiyyətdir. Bu cür dahi şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlirlər. Xalq çətin dövründə onu xilas etməyə gələn liderini, qəhrəmanını heç vaxt unutmur. O, Azərbaycanı müstəqilliyi itirmək təhlükəsindən xilas edib, xalqı faciələrdən qoruyub".

A.Quliyev qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyevi hələ sağlığında ümummilli lider kimi qəbul edib, ona daim sevgi, hörmət bəsləyib: "O, hər bir azərbaycanlı üçün təkcə ideal rəhbər yox, həm də dərin, bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. Heydər Əliyevin ümummilli lider kimi qəbul olunması onun ölkənin ağır vaxtlarında həll edici qərarlar qəbul edə bilməsi, xalqın xilaskarına çevrilməsiylə bağlıdır".

Ukrayanda yaşayan həmvətənimiz vurğulayıb ki, Heydər Əliyev realist bir siyasətçi idi: "Başqalarından fərqli olaraq, o, heç vaxt insanlara sehrli vədlər vermirdi. Qarşıya qoyduğu hədəflər həmişə reallığa əsaslandırdı. Onun siyasi və idarəetmə prinsipləri romantizm və xəyalpərəstlikdən uzaq idi. Heydər Əliyevin qərarları kimlərəsə ilk baxışdan əsassız görünə bilərdi, lakin həmin qərarlar həmişə qarşıdakı vəziyyət üçün ən düzgün və optimal çıxış yolu olub".

A.Quliyev əlavə edib ki, milli mədəniyyətini ürəkdən sevən, dünya mədəni irisini yüksək qiymətləndirən Prezident İlham Əliyev Ümummili lider Heydər Əliyevin layiqli davamçısı kimi bu gün Bakını mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün unikal platformaya çevirib: "Azərbaycan həmişə müxtəlif sivilizasiya, mədəniyyət və dinlərin nümayəndələrinin birgə, dostluq şəraitində yaşadığı ölkə olub. Azərbaycan Şərqlə Qərb arasında təkcə coğrafiya yox, həm də mədəniyyətlərarası körpü rolunu oynayıb. Bu mənada, ümummilli liderin böyük xidmətlərindən biri də bu gün Azərbaycanda müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin sülh və sabitlik şəraitində, bərabər hüquqlar çərçivəsində yaşaması, fəaliyyət göstərməsinin yüksək səviyyədə təmin olunmasıdır".

C.ABASOV

 





13.12.2018    çap et  çap et