525.Az

Braziliya səfirinin diplomatik fəaliyyəti başa çatdı


 

Braziliya səfirinin diplomatik fəaliyyəti başa çatdı<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 





13.12.2018    çap et  çap et