525.Az

NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəldi


 

NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycana gəldi <b style="color:red"></b>

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən yüz nəfərədək dinləyici və müəllim ölkəmizin iqtisadi, coğrafi, mədəni, tarixi, siyasi və təhlükəsizlik mühiti ilə tanış olacaqlar.

Səfər çərçivəsində müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrini ziyarət edəcək qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, hərbi qüdrəti və qlobal təhlükəsizliyə verdiyi töhfəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında brifinqlər təqdim ediləcək.

 





13.12.2018    çap et  çap et