525.Az

Robot texnologiyası üzrə dünya nəhəngi Azərbaycana gəlir - Foto


 

Robot texnologiyası üzrə dünya nəhəngi Azərbaycana gəlir - <b style="color:red">Foto </b>

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən tanınmış “Makeblock” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Dünyanın 140 ölkəsində 20 mindən çox məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir.

2017-ci ildə dünya üzərə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi 70%-i ixrac olmaqla, 30 milyon ABŞ dolları olub.

Şirkət hər il “MakeX” adlı robototexnika yarışına da ev sahibliyi edir. Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6 mindən çoxdur.

Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi “Makeblock” şirkətinin Azərbaycan üzrə eksklüziv nümayəndəsi olaraq mühəndislik tədrisində “Makeblock” məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər və olimpiadalar keçirmək və ortaq kurikulum hazırlamağı nəzərdə tutan müqavilə imzalayıb.





 





13.12.2018    çap et  çap et