525.Az

Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma..."


 

Paşinyan: "Hərbi büdcəni artırmaq lazımdır, amma..."<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri vəzifəsi icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır:

"Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir".

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır.

 





13.12.2018    çap et  çap et