525.Az

Dövlət Neft Fondunun rəsmi saytı yeniləndi


 

Dövlət Neft Fondunun rəsmi saytı yeniləndi<b style="color:red"></b>

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2001-ci ildən fəaliyyət göstərən rəsmi saytı - "www.oilfund.az" yeni dizaynda və tərtibatda istifadəçilərin ixtiyarına verilib.

Fonddan verilən məlumata görə, saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin ARDNF haqqında daha ətraflı məlumatlandırılmasına kömək etmək və fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.

İnternet səhifənin istifadəsində operativliyin artırılması məqsədilə saytda məzmun baxımından dəyişikliklər edilib, bir sıra bölmələrdə informasiyalar infoqrafik qaydada tərtib edilərək vizuallaşdırılıb və səmərəlilik baxımından müxtəlif bölmə və hissələr yeni qaydada qruplaşdırılıb.

Sayt istifadəçiləri saytı ziyarət edərkən gündəlik yenilənən əsas xarici valyutaların məzənnələri, "Brent" və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti ilə də tanış ola bilərlər.

C.ABASOV

 





13.12.2018    çap et  çap et