525.Az

"Heydər Əliyev Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır"


 

"Heydər Əliyev Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır" <b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirib.

Tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ölkədə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. C.Məmmədov Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanına çevrilmiş Ümummilli lider Heydər Əliyevin ölkənin inkişafında və xalqın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük hadisə olduğunu qeyd edib. O bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkədə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır, Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət göstərir.

Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub-saxlanılmasında misilsiz xidmətlərindən bəhs edərək, ümummilli liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söz açıb. O bildirib ki, ulu öndərin əsasını qoyduğu strateji inkişaf xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

O, ulu öndər Heydər Əliyevin formalaşdırdığı və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla, qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, respublikamızın enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən xarici siyasət strategiyası haqqında məlumat verib.

Tədbirin sonunda tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

S.QARAYEVA

 





13.12.2018    çap et  çap et