525.Az

Cari ildə Dövlət Məşğulluq Xidməti 50,2 min nəfəri işlə təmin edib


 

BU İL ARTIQ 2,7 MİN ŞƏXSİN ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KİÇİK AİLƏ TƏSƏRRÜFATI YARADILIB

Cari ildə Dövlət Məşğulluq Xidməti 50,2 min nəfəri işlə təmin edib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50 min 211 işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, nazirlik icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb edib. Onlardan bugünədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.

İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Bu ilin yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər, o cümlədən, Dövlət Məşğulluq Xidməti tərəfindən 2468 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 236 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və kursları bitirən şəxslərə peşə şəhadətnamələri verilib.

C.ABASOV

 





13.12.2018    çap et  çap et