525.Az

Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib


 

Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişlərinin apardığı monitorinqlər nəticəsində Masallıda ölkə ərazisi üçün karantin sayılan Avstraliya şırımlı yastıcasının (Iceriya purchasi Maskell) yayıldığı müəyyən edilib.

AQTA-dan verilən məlumata görə, halbuki zərərli orqanizmin Bakı şəhəri, Abşeron, Lənkəran və Astara rayonlarının ərazisində məhdud dairədə mövcud olduğu məlum idi. Monitorinqlərin nəticələri göstərir ki, zərərvericinin əhatə dairəsi genişlənib və Avstraliya şırımlı yastıcası Masallı rayonu ərazisində də müəyyən edilib.

Avstraliya şırımlı yastıcası akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur. Həmçinin, şırımlı yastıca meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir. Şırımlı Avstraliya yastıcası 52 növ bitkidə müşahidə olunub. Zərərverici Azərbaycan ərazisində limon, mandarin, apelsin, tut, zeytun ağaclarını yoluxdurur.

Adıçəkilən zərərverici Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, Yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada və digər ölkələrdə geniş yaylılıb. Şırımlı yastıca geniş yayılma potensialına malik olduğu üçün digər ölkələrə asanlıqla keçib. Zərərverici ilə mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir.

CEYHUN

 





13.12.2018    çap et  çap et