525.Az

Gömrük Komitəsinin Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı


 

Gömrük Komitəsinin Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı <b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

Q.Novruzov deyib ki, Heydər Əliyev irsi nə qədər öyrənilsə, nə qədər tədqiq və təbliğ olunsa da, yenə bu sahədə tədqiqatlara, araşdırmalara ehtiyac vardır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin təşəkkülündə, dövlətçilik ideyalarının, bütövlükdə güclü müasir Azərbaycan dövlətinin formalaşmasında yeri və rolunun əvəzedilməz olduğunu vurğulayan Akademiya rəisi Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən söz açıb. O, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətovun "Heydər Əliyev fenomeni - arqumentlər və faktlar" mövzusunda məruzəsi dinlənilib.

Çıxışçılar ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildiriblər. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışaraq onun tariximizdəki müstəsna rolundan bəhs ediblər.

S.QARAYEVA

 





13.12.2018    çap et  çap et