525.Az

Lukaşenko və Putindən Ermənistan rəhbərliyinə Qarabağ çağırışı


 

Lukaşenko və Putindən Ermənistan rəhbərliyinə Qarabağ çağırışı <b style="color:red"></b>

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Belarusun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini qəbul etməyib.

Trend-in məlumatına görə, bunu Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə birgə S.Sarkisyana Qarabağ ətrafındakı 5 rayonu azad etməyi təklif edib:

“Amma o dedi ki, əgər mən rayonları qaytarsam, onlar Qarabağa gedən yolu kəsəcək və sairə. Biz Putinlə vəd etdik ki, buna imkan verməyəcəyik və qoşun yeridəcəyik. O dedi ki, biz bunu istəmirik, buna razı olmayacağıq”.

A.Lukaşenko əlavə edib ki, bu mövqe onu təəccübləndirib:

“Bu, birinci addımdır. Onda həm Azərbaycan, həm Ermənistan KTMT-də, Avrasiya İqtisadi İttifaqında yer alacaqdı. Azərbaycan bu şərtlərlə bu təşkilatlara qoşula bilərdi. Niyə imtina etdiniz?”

 





14.12.2018    çap et  çap et