525.Az

Mədəniyyət Nazirliyinin əməkdaşları İtaliyada görüşlər keçirdilər


 

Mədəniyyət Nazirliyinin əməkdaşları İtaliyada görüşlər keçirdilər<b style="color:red"></b>

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda tədqiqat səfərində olub.

Nazirlikdən bildirilib ki, “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda reallaşan tədqiqat səfərində bir sıra görüşlər keçirilib.

Nümayəndə heyətinin tərkibinə nazirliyinin aparat rəhbərinin müavini, şöbə müdiri Namiq Qulamov, regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, Gəncə, Sumqayıt, Xaçmaz Regional Mədəniyyət idarələrinin rəhbərləri Sənan Hacıyev, Mehman Şükürov və Nazim Ağayev daxildir.

Səfər çərçivəsində Turin Universitetində baş tutan ilk görüşdə İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin, Pyemonte regionunun muzeylər fondunun nümayəndələri də iştirak ediblər. Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti, İtaliya tərəfi ilə yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyəti Pyemonte regionunun Asti şəhərində və Portakomaro qəsəbəsində yerli kommuna rəhbərliyi, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə, o cümlədən, Asti Muzeylər Fondunun rəhbərliyi ilə görüşlər keçirilib və yerli icma, dövlət və özəl qurumların iştirakı ilə mədəni tədbirlərin planlaşdırılması və icrası təcrübəsi, yerli kitabxana, muzeylər, musiqi məktəbləri və digər fəaliyyətlərə dair qabaqcıl təcrübələr öyrənilib.

Səfər çərçivəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış Lange Roero Monferrato ərazisinə səfər edilib. Səfər zamanı mədəni irsin idarəedilməsində yeni təcrübə olan - inteqrasiyalı yanaşma təcrübəsi öyrənilib. Ərazi üzrə yerləşən bütün resursların - mədəni, ekoloji, landşaft, memarlıq aktivlərinin və resurslarının vahid bir sistem əsasında planlaşdırılaraq idarə edilməsi təcrübəsi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.

Sevinc QARAYEVA

 





16.12.2018    çap et  çap et