525.Az

Xoreoqrafiya Akademiyasında elmi-praktiki seminar


 

Xoreoqrafiya Akademiyasında elmi-praktiki seminar <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktiki aspektdən yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib.

Xoreoqrafiya Akademiyasından bildirilib ki, seminarda Bakı Musiqi Akademiyasının (BMA) prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbə və qonaqlar iştirak ediblər.

Tədbirdə BXA-nın prorektoru, professor Sonaxanım İbrahimova çıxış edərək professional musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından və milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb. G.Abdullazadə dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi, təkrarsız yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Seminarda Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə və BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli çıxış ediblər.

Tədbir Xalq artisti Ramiz Quliyevin dahi bəstəkarın yaradıcılığından seçilmiş nümunələrin ifası ilə yekunlaşıb.

Şahanə MÜŞFİQ

 





16.12.2018    çap et  çap et