525.Az

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşdü


 

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.

Aİİ Elmi Şurasının Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından, Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının tərkibi təsdiq edilib.

Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi Fərid Qasımzadə daxil edilib.

Dünən İctimai Nəzarət Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub.

Şura üzvləri iclasdan sonra Aİİ rektoru Ceyhun Məmmədovla görüşüblər. Cəmiyyətdə təhsilin xüsusi rolunu vurğulayan rektor Aİİ-nin məqsəd və vəzifələri haqqında məlumat verib. Bildirilib ki, bu sahədə qazanılan nailiyyətlər Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir.

C.Məmmədov, həmçinin, Aİİ-də imtahanların təşkili haqqında da məlumat verib. O qeyd edib ki, imtahanlar yazılı formada aparılmaqla yanaşı, zərurət olduğu hallarda, bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.

Sonra tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilmələri, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.

S.QARAYEVA

 





16.12.2018    çap et  çap et