525.Az

Etiraz aksiyalarının Fransaya vurduğu ziyanın həcmi açıqlandı


 

Etiraz aksiyalarının Fransaya vurduğu ziyanın həcmi açıqlandı <b style="color:red"></b>

Fransada "sarı jilet" adlı etiraz aksiyalarının ölkəyə vurduğu ziyanın həcmi açıqlanıb.

Trend-in məlumatına görə, Fransanın Baş naziri Eduar Filipp etirazlar nəticəsində dəyən zərərin ölkə büdcəsinə 10 milyard avroya başa gələcəyini bildirib.

Bu məbləğə "sarı jilet"lilərin fəaliyyətindən yaranan zərər və onlara qarşı bir sıra güzəştlər daxildir.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu hərəkat "sarı jilet" adlandırılıb.

 





17.12.2018    çap et  çap et