525.Az

İngilis dilində ilin sözü "ədalət" oldu


 

İngilis dilində ilin sözü "ədalət" oldu<b style="color:red"></b>

ABŞ-ın “Merriam-Webster” lüğətinin mütəxəssisləri “ədalət” (justice) sözünü 2018-ci ilin sözü seçib.

Trend-in məlumatına görə, lüğətin yaydığı bəyanatda qeyd olunur ki, il ərzində saytda ən çox axtarışa verilən söz məhz ədalət sözü olub.

Buna səbəb kimi, ABŞ-da il ərzində məhkəmə orqanları ilə bağlı müzakirələrin davam etməsi göstərilib.

Qeyd edək ki, Böyük Britaniyanın Oksford lüğəti isə 2018-ci ilin sözü kimi “zəhərli” (toxic) sözünü seçib.

 





17.12.2018    çap et  çap et