525.Az

İranlı general silahla ehtiyatsız davrandığına görə özünü vurdu


 

İranlı general silahla ehtiyatsız davrandığına görə özünü vurdu<b style="color:red"></b>

İran İnqilab Keşikçiləri Qvardiyasının ("Sepah") generalı Qüdrətullah Mansuri silahla ehtiyatsız davrandığına görə özünü vurub.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

Ehtimal olunur ki, general tapançasını təmizləyərkən güllə açılıb və onun başına dəyib.

Qeyd edək ki, Q.Mansuri ötən əsrin 80-ci illərində baş tutmuş İran-İraq müharibəsinin veteranı idi. O, 2014-cü ildən bəri "Sepah" ölkənin şimal-şərqindəki Quru Qoşunlarının komandiri olub.

 





17.12.2018    çap et  çap et