525.Az

AQTA jurnalistlər üçün təlimləri davam etdirir


 

AQTA jurnalistlər üçün təlimləri davam etdirir<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  jurnalistlər üçün keçirdiyi Qida təhlükəsizliyi üzrə media təlimlərini davam edir.

AQTA-dan verilən məlumata görə, təlimlərin ikinci günündə media nümayəndələrinə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prosesi və sahibkarlarla əməkdaşlıq barədə geniş məlumat verilib.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi cari ilin iyulun 1-dən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrini aparır.

Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Ona görə də agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etsinlər.

Təlimlərdə Qida Təhlükəsizliyi Agentliyinin məsul şəxsləri və müvafiq sahələr üzrə mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Eyni zamanda, iştirakçılara qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə də ətraflı məlumatlar təqdim edilib. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, 3 günlük təlimlərin məqsədi media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

C.ABASOV

 





20.12.2018    çap et  çap et