525.Az

AQTA-nın media təlimləri başa çatdı


 

AQTA-nın media təlimləri başa çatdı<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün qida təhlükəsizliyi mövzusunda keçirdiyi təlimlər başa çatıb.

AQTA-dan verilən məlumata görə, təlimlərin üçüncü günündə media nümayəndələrinə bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili barədə ətraflı məlumat verilib. Təlimlərdə agentliyin məsul şəxsləri və müvafiq sahələr üzrə mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prossesi və onlarla əməkdaşlıq, bu sahədə dövlət nəzarəti tədbirləri barədə ətraflı məlumatlar verilib. Sonda media təlimdə uğurla iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, 3 günlük təlimlərin məqsədi media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

Təlimin davamı olaraq jurnalistlərin Lənkəran Regional Sınaq Laboratoriyası ilə tanış olması üçün media-tur təşkil olunacaq. Media-tur çərçivəsində jurnalistlər bir neçə istehsal müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyəcəklər.

Qeyd edək ki, AQTA əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.

C.ABASOV

 





21.12.2018    çap et  çap et