525.Az

AQTA jurnalistlər üçün mediatur təşkil etdi


 

AQTA jurnalistlər üçün mediatur təşkil etdi<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) media nümayəndələri üçün mediatur təşkil edib.

AQTA-dan verilən məlumata görə, iki gün davam edən mediatur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri agentliyin Lənkəran şəhərində yerləşən Regional Sınaq Laboratoriyasında və bir sıra istehsalat müəssəsində olublar. Burada jurnalistlər məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.

Jurnalistlərə bildirilib ki, Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə - heyvan mənşəli xəstəliklərin ekspertizası, bitki mənşəli xəstəliklərin ekspertizası, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası üzrə qurulub. Laboratoriyada 27 laborator baxış otağı var ki, burada gündəlik 300 sınaq aparmaq mümkündür.

Qeyd edək ki, mediaturun keçirilməsində məqsəd agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.

CEYHUN

 





25.12.2018    çap et  çap et