525.Az

Liftdə kişi meyidi tapıldı


 

Liftdə kişi meyidi tapıldı<b style="color:red"></b>

Bakı şəhəri, Nəsimi rayonunda Füzuli küçəsi, 53 saylı doqquzmərtəbəli yaşayış binasının liftində kişi meyidi aşkarlanıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb edilib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə naməlum kişi cəsədini liftin mühərrikxanasından çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:58-də başa çatıb.

 





09.10.2012    çap et  çap et