525.Az

UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək


 

UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək<b style="color:red"></b>

14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development - ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

Bakının Park Inn otelində keçiriləcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub.

Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub.

Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.

 





10.01.2019    çap et  çap et