525.Az

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar


 

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar<b style="color:red"></b>

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.

Trend-in məlumatına görə, bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.

Baş direktor bildirib: "Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".

Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər.

 





13.01.2019    çap et  çap et