525.Az

Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib


 

Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib<b style="color:red"></b>

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

 





14.01.2019    çap et  çap et